Möhtərəm həmvətənlər.

Hörmətli pasientlər,
“Nevrologiya Klinikası” sinir sistemi xəstəlikləri ilə mübarizə aparan insanlara ixtisaslaşmış və diaqnostik imkanlarla təchiz olunmuş özəl mərkəzdir. Klinika diqqət, səriştə, etibar və ədalət prinsiplərinə əsaslanır. Məqsədimiz pasientləri tez qəbul edib müayinələr aparmaq, uyğun müalicə təyin etmək və xəstəliyə qarşı mübarizə yollarını göstərməkdir. Sinir sistemi xəstəliklərinin təsirini anlayır, başağrıları, epilepsiya, insult, dağınıq skleroz və digər xroniki problemlərlə üzləşən insanlara dəstək olmağa çalışırıq. Həyatda yalnız mübarizlər qalib olurlar.

Hörmətlə,
Rövşən Həsənov

Tibb sürətlə inkişaf edir və yeni texnologiyalar “həkim – pasient” münasibətinə cihazların da qoşulduğu “həkim – cihaz – pasient” üçbucağını əlavə edib. Artıq bəzi sahələrdə instrumental müayinələr diaqnostikada həlledicidir. Müasir həkim bu yenilikləri izləməli və istifadə etməlidir. Eyni zamanda, pasientlərin “yaxşı həkim tapmaq” problemi hələ də aktualdır, xüsusilə artan özəl klinikalar və onların reklamları seçimi çətinləşdirir.

“Nevrologiya Klinikası” ambulator tipli, nevroloji müayinələrlə təchiz olunmuş özəl tibb müəssisəsidir. Klinikanın məqsədi nevroloji xəstələrə dəqiq və etibarlı xidmət göstərmək, diaqnoz qoymaq, müalicə və profilaktika tədbirləri təklif etmək, həyat tərzi və davranış tövsiyələri verməkdir. Klinikada yalnız sinir sistemi xəstəlikləri deyil, digər orqan xəstəlikləri zamanı yaranan nevroloji problemlər də müayinə olunur: psixogen ağrılar, disfunksiyalar, görmə və eşitmə problemləri, xroniki ağrılar, psixogen dermatoloji hallar və erektil disfunksiya kimi hallar bizim maraq dairəmizdədir.

Sualınız var?

Telefon: 012 436 69 99

Ünvan: Məhəmməd Naxçıvani 9

Email: info@neurology.az